Sentyabrın 10-dan etibarən Venesuelanın paytaxtı Karakasda 2017-ci ilin sonundan pulsuz fəaliyyət göstərən metro yenidən ödənişli olacaq, eyni zamanda gediş haqqı 12 min dəfədən çox artacaq.

Report xəbər verir ki, bilet satışına şənbə günü, sentyabrın 8-dən başlanacaq. Gediş haqqı 0,5 suveren bolivar təşkil edəcək ki, bu da 50 min köhnə bolivara bərabərdir. 2017-ci ildə, bilet satışı ləğv edilməzdən əvvəl bir gediş 4 köhnə bolivara başa gəlirdi. Həmin vaxt dolların məzənnəsi bir neçə milyon bolivar idi.

Buna baxmayaraq, Karakas dünyada ən ucuz ictimai nəqliyyatın fəaliyyət göstərdiyi şəhərlərdən biri olaraq qalmaqdadır.