PKK-nın Suriya qolu PYD/YPG-yə qarşı hər an əməliyyat
başlaya bilər.
Publika.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyip
Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin razılaşdığı və terror
təşkilatına qarşı birgə əməliyyat keçirəcəyi haqda məlumatlar
var.
Ötən həftə Türkiyə müdafiə naziri Hulusi Akar və MİT şefi Hakan
Fidan Rusiyada Putinlə görüşərək müzakirələr aparıblar.
Bu görüşdən sonra PKK daxilində təşviş yaranıb. Terror təşkilatının
rəhbərlərindən olan Mustafa Karasu Rusiya və Türkiyənin YPG-yə
birhə hücum etməklə bağlı razılığa gəldiklərini deyib.
Bununla yanaşı, Rusiya və Türkiyə arasında Münbiçlə bağlı də
planlar qurulur.
Türkiyə və Rusiya ordusunun terrorçulara qarşı birgə
əməliyyatlarından ən çox narahat ola tərəf isə ABŞ-dır. Çünki
Amerika Suriyada PYD/YPG terrorçuları açıq şəkildə dəstəkləyir və
onlar üzərindən bölgəyə dair planlar qurur. Lakin Ankara və
Moskvanın eyni hədəf üzərində birləşməsi Vaşinqtonun işini
çətinləşdirəcək.
Asif