Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva Nyu-York Moda Həftəsində çıxış edəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, son zamanlar çəkisi ilə gündəmə gələn və 6 kq arıqlayan Günay sentyabrın 7-də təbdirə model olaraq qatılacaq.

O, azərbaycanlı dizayner Rüfət İsmayılın 2019-cu il üçün hazırladığı "Power of Fire" (Alovun gücü) adlı yaz-yay kolleksiyasının tanıtımında əsas model olacaq.

Milli.Az