Tanınmış seneqallı futbolçu ilə bağlı sosial şəbəkələrdə yayılan kadrlar təəccübləndirir.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, kadrlarda "Liverpul"un məşhur oyunçusu Sadio Manenin tualet təmizləməsi əks olunub.

Futbolçu daim ziyarət etdiyi Ər-Rəhma məscidinin ayaqyolusunu təmizləyib.

Məscid Liverpul şəhərinin Malqreyv küçəsində yerləşir.

Qeyd edək ki, Mane doğulduğu kənddə məktəb tikdirməsi ilə gündəmə gəlmişdi.

Emin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Tanınmış futbolçu məscidin tualetini təmizlədi