Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş
naziri Nikol Paşinyanın yaxın vaxtlarda görüşü planlaşdırılır.
Publika.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər
naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Rusiya tərəfi üçün Paşinyandan Ermənistandakı
vəziyyətin inkişaf perspektivlərini necə qiymətləndirdiyini eşitmək
əhəmiyyətlidir.
“Biz əlbəttə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatı (KTMT) qarşısında götürdüyü ödhəlikləri necə yerinə
yetirdiyinə laqeyd deyilik. Təşkilatın nüfuzunun gücləndirilməsi və
reputasiyası üçün bu öhdəliklərin tamamilə yerinə yetirilməsi
lazımdır”, - deyə o bildirib.
Lavrov Putinlə Paşinyanın görüşünün vaxtının hələlik
dəqiqləşmədiyini açıqlayıb.
Qeyd edək ki, Paşinyan da yaxın vaxtlarda Rusiya prezidenti ilə
görüşmək üçün Moskvaya gedəcəyini açıqlamışdı.
Asif