Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 113 dəfə pozub.
Müdafiə Nazirliyindən Publika.az-a verilən
məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun
Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan
rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun
Fərəhli, Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Berd rayonunun
Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi,
Əsrik Cırdaxan kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki
adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam
rayonunun Nəmirli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Seyidli,
Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı
Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı
Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar
və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər,
Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.