Milli komandanın oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Sabah"la "Sumqayıt" bu gün yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

Milli.Az xəbər verir ki, "Əlincə Arena"da baş tutan qarşılaşmada "Sumqayıt" 2:1 hesabı ilə qalib gəlib.

"Sabah" - "Sumqayıt" 1:2

Qollar: Tural Qürbətov, 38 - Nicat Qurbanov, 80. Filip İvanoviç, 84 (avtoqol)

Milli.Az