İngiltərə Premyer Liqasında 4-cü turun oyunları davam edir.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının E qrupundakı rəqiblərindən "Arsenal" bu gün səfərdə "Kardiff"in qonağı olub. London klubu bu görüşdə çətin qələbə qazanıb - 3:2. "Topçular"ın heyətində Şkodran Mustafi, Pyer-Emerik Obameyanq, Aleksandr Lyakazett fərqləniblər. "Kardiff"in qollarını isə Viktor Kamarasa və Denni Uord vurublar.
Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 6-ya yüksəldən "Arsenal" 9-cu pilləyə yüksəlib.
Milli.Az