"Mançester Yunayted"in vitse-prezidenti Ed Vudvord yay transfer pəncərəsində Kriştianu Ronaldonu "qırmızı şeytanlar"ın heyətinə qatmaq istəsə də, komandanın baş məşqçisi Joze Mourinyo buna mane olub.

Goal.az "Mirror"a istinadən xəbər verir ki, ilk növbədə mərkəz müdafiəçisi alınmasını istəyən portuqaliyalı mütəxəssis 33 yaşlı forvardın gəlişinin heç nəyi dəyişməyəcəyini bildirib.

Mövsümün əvvəlində "Real"ı "Yuventus"a dəyişən Ronaldo 2003-2009-cu illərdə "Mançester Yunayted"in formasını geyinib.

Milli.Az