Türkiyədə elektrik enerjisi və təbii qazdan istifadə haqqı artırılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, üç aydan bir elektrik enerjisindən istifadə tariflərini yeniləyən Enerji Bazarı Tənzimləmə Təşkilatı bu dəfə qərarını irəli çəkib - sentyabrın 1-i üçün yeni tarifləri açıqlayıb. 

Məlum olub ki, qurum elektrik enerjisindən istifadə tariflərini 14,6-16,2 faiz aralığında  bahalaşdırıb. 

Belə ki, elektrik enerjisindən istifadə haqqı gündüz saatları üzrə 15 , gecə saatları üzrə 16,2, pik saatlarda isə 14,6 faiz bahalaşdırılıb. 

Təbii qazdan istifadə haqqı isə 9 faiz artıb. 

Milli.Az