Türkiyənin "Alanyaspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Super Liqa təmsilçisi seneqallı hücumçu Papiss Sisseni heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

33 yaşlı futbolçu Çinin "Şandonq Lunenq" klubundan transfer olunub. Tərəflər 2 illik müqaviləyə imza atıblar.

Daha çox Almaniyanın "Frayburq" və İngiltərənin "Nyukasl" klublarındakı çıxışı ilə məşhur olan Sisse, Seneqal yığmasında 35 oyun keçirib, 16 qol vurub.

Milli.Az