UEFA 2017/2018 mövsümündə Avropanın ən yaxşılarının adlarını açıqlayıb.
Milli.Az xəbər verir ki, bütün mükafatlara "Real"ın futbolçuları layiq görülüb.
Madrid klubunun qolkiperi Keylor Navas ötən mövsümün ən yaxşı qapıçısı seçilib. Ən yaxşı müdafiəçi Serxio Ramos, ən yaxşı yarımmüdafiəçi Luka Modriç və ən yaxşı hücumçu Kriştianu Ronaldu seçilib.
Avropanın ən yaxşı futbolçusu adına isə Xorvatiya və Madrid "Real"ının yarımmüdafiəçisi Luka Modriç layiq görülüb. O, Kriştianu Ronaldu və Məhəmməd Salahı qabaqlayaraq, mükafata sahib çıxıb.
Milli.Az