Oyunun 55-ci dəqiqəsində "Qarabağ" üçüncü topu rəqiqib qapısından keçirir. Filip Ozobiç fərqlənir: 3-0. Matç bu hesabla başa çatır və təmsilçimiz Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanır. Bununla da, "Qarabağ" tarixində 4-cü dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmış oldu.

Xatırladaq ki, “Qarabağ” ötən mövsüm Çempionlar Liqasının qrupunda oynamışdı.

***

Oyunun 42-ci dəqiqəsində "Qarabağ" üstünlüyünü iki topa çatdırır. Donald Gerye fərqlənir: 2-0

***

Oyunun 9-cu dəqiqəsində hesab açılır. Komandamızın heyətində Maksim Medvedev fərqlənir: 1-0

***

"Qarabağ" - "Şerif" matçı başladı. Matçı buradan canlı izləyə bilərsiniz.

***

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu üçün “Qarabağ” və Moldovanın "Şerif"i komandalarının start heyətləri açıqlanıb.

Publika.az-ın məlumatına görə, komandalar Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça bu “11-lik”lərlə çıxacaqlar.

"Qarabağ": 13. Vaner, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 7. İnnoset Emeqara, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 77. Donald Gerye

Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 25. Ansi Aqolli, 28. Con Delarj, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

"Şerif": 33. Sergey Paşçenco, 4. Petru Raku, 9. Jo Santos, 15. Kristiano 18. Georgi Anton, 23. Vladimir Kovaçeviç, 39. Zigi Badibanqa, 55. Mateo Suşiç (K), 88. Rifet Kapiç, 90. Vyaçeslav Posmak, 97. Aleksandru Boyçuk

Ehtiyat oyunçular: 21. Nikolay Çeborati, 7. Gerson Rodriges, 8. Ceremi de Noyer, 14. Benjamin Balima, 19. Antun Paliç, 35. Ante Kulişiç, 45. Əl-Hacı Kamaran

Baş məşqçi: Qoran Sabliç

***

Bu gün Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, Azərbaycanın son çempionu “Qarabağ” ilk görüşdə minimal hesabla uduzduğu Moldovanın “Şerif” komandasını qəbul edəcək.

Matç Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:00-da başlancaq.

Komandalar arasında Moldovada keçirilən ilk görüş “Şerif”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu oyun “Qarabağ”ın 2018/2019-cu illər mövsümündə avrokuboklarda çıxışını davam etdirmək üçün son şansıdır. Qarşılaşmanı 13 000-dən çox azarkeş stadiondan izləyəcək. Ümumilikdə isə matçı "CBC Sport" kanalından birbaşa izləmək mümkün olacaq.

Günün digər matçları isə bunlardır:

30 avqust

Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunları

18:00. "Astana" (Qazaxıstan) - APOEL (Kipr)

İlk oyun - 0:1

18:00. "Ufa" (Rusiya) - "Reyncers" (Danimarka)

İlk oyun - 0:1

19:30. AEK (Larnaka, Kipr) - "Trençin" (Slovakiya)

İlk oyun - 1:1

20:30. "Leyptsiq" (Almaniya) - "Zarya" (Luqansk, Ukrayna)

İlk oyun - 0:0

20:30. "Kopenhagen" (Danimarka) - "Atalanta" (İtaliya)

İlk oyun - 0:0

21:00. "Lüdoqorets" (Bolqarıstan) - "Torpedo" (Kutaisi, Gürcüstan)

İlk oyun - 1:0

21:00. ÇFR (Kluj, Rumıniya) - "Düdelanj" (Lüksemburq)

İlk oyun - 0:2

21:00. "Mölde" (Norveç) - "Zenit" (Rusiya)

İlk oyun - 1:3

21:00. "Apollon" (Kipr) - "Bazel" (İsveçrə)

İlk oyun - 2:3

21:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Sarpsborq" (Norveç)

İlk oyun - 1:3

21:15. "Mityullann" (Danimarka) - "Malmö" (İsveç)

İlk oyun - 2:2

22:00. "Beşiktaş" (Türkiyə) - "Partizan" (Serbiya)

İlk oyun - 1:1

22:15. "Şkendiya" (Albaniya) - "Rusenborq" (Norveç)

İlk oyun - 1:3

22:30. "Spartak" (Trnava, Slovakiya) - "Olimpiya" (Lyublyana, Sloveniya)

İlk oyun - 2:0

22:30. "Bröndbü" (Danimarka) - "Genk" (Belçika)

İlk oyun - 2:5

22:30. "Styaua" (Rumıniya) - "Rapid" (Vyana, Avstriya)

İlk oyun - 1:3

22:45. "Börnli" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan)

İlk oyun - 1:3

22:45. "Bordo" (Fransa) - "Gent" (Belçika)

İlk oyun - 0:0

23:00. "Seltik" (Şotlandiya) - "Suduva" (Litva)

İlk oyun - 1:1

23:45. "Sevilya" (İspaniya) - "Siqma" (Çexiya)

İlk oyun - 1:0