2018-ci ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzlərində hərbi hissələrin çöl çıxışları başlayıb.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə,
məşqlərin keçirilməsində əsas məqsəd döyüş zamanı şəxsi heyətin
praktiki vərdişlərinin artırılması, atəş vasitələri və döyüş
texnikasından düzgün istifadə etməklə tapşırıqların vaxtında yerinə
yetirilməsi və bölmələrin dəqiq və qətiyyətlə idarə olunması
bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.




