Ermənistan işğal etdiyi Dağlıq Qarabağa qeyri-ciddi
şəxslərin səfərlərini təşkil etməyə davam etdirirlər.
Publika.az xəbər verir ki, belə şəxslərdən biri də Avropa
Parlamentinin deputatı, yalnız bir nəfərdən ibarət siyasi
partiyanın rəhbəri Martin Sonneborndur.

Azərbaycan Xarici İşlər Nazirliyi M. Sonnebornun siyasi kloun və
marginal şəxs olduğunu bəyan edib.
XİN-in sözçüsü Hikmət Hacıyev qeyd edib ki, bu adamın siyasi
təbliğat posterinə baxmaq kifayətdir: “Brüsseldə erməni lobbisinin
rəhbəri Kaspar Karampetyan çoxlu pullar xərcləyərək çarəsizlikdən
yalnız kloun siyasətçiləri Azərbaycanın işğal olunmuş ərazilərinə
gətirə bilir. Çünki sağlam düşüncəli insanlar münaqişənin əsl
reallıqlarını, işğal və qanlı etnik təmizləmə faktlarını öyrənərək
kimin kim olduğunu dərk edir və ondan kənar dururlar. Hətta
deyərdim ki, erməni lobbist Karampetyan öz biznes pulları hesabına
əvvəllər bu kimi səfərlər təşkil edərək özü də bilmədən işğalın əsl
həqiqətlərinin bəzi lazımı insanlara çatdırılmasına xidmət
edib”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə
mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə
Publika.az-a açıqlamasında bildirib ki, Dağlıq Qarabağa
qanunsuz səfərlərə görə XİN-in “qara siyahısı”na düşən şəxslərin
kimliyinə baxandan ermənilərin çarəsizliyi aydın görünür:
“Erməni diasporu Qarabağ məsələsini vaxtarışı özlərinin
gündəmində saxlamağa çalışırlar. Onlar beynəlxalq ictimaiyyəti
aldadır, Azərbaycanın ərazi bütövlüyünü pozduqları faktını yanlış
təqdim etməyə cəhd edirlər. Bu siyasətin bir hissəsi olaraq pul
üçün hər şeyə hazır olan siyasətçilərin Qarabağa gətirilməsidir.
Belə insanlar pul naminə istənilən addımı atarlar, onların siması
məlumdur. Lakin ermənilərin bu istiqamətdə xərclədiyi pullar
batacaq, çünki Azərbaycan işğal altındakı ərazilərinin azad
olunması üçün aktiv şəkildə fəaliyyət göstərir. Əminəm ki, bu tarix
uzaqda deyil”.

A. Mirzəzadə qeyd edib ki, dünyada ciddi siyasətçilər ermənilərin
təxribatına uyaraq, Dağlıq Qarabağa gəlmirlər.
“Qarabağa səfər edənlər adətən başqa ölkələrdə yaşayan etnik
ermənilər və qeyri-ciddi şəxslərdir. Bəzən ciddi şəxslər Qarabağa
gəlirlər, lakin onlar sonradan həqiqəti öyrənəndə Azərbaycandan üzr
istəyirlər. Bütün bunlar Azərbaycanın dağlıq Qarabağ məsələsində
apardığı siyasətin və təbliğatın uğurlu nəticəsidir. Dünya birliyi
Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bizimlə hesablaşır”, -
deyə Milli Məclisin üzvü vurğulayıb.
Asif