ABŞ 24 saat içində Suriyaya hücum edəcək.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər
Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi mətbuat
konfransında deyib.
Onun sözlərinə görə, ABŞ və müttəfiqləri 24 saat içində raketləri
Suriyanı vurmaq üçün hazır vəziyyətə gətirəcək.
“ABŞ və müttəfiqləri Yaxın Şərqdə 380 raket və hər biri 28
“Tomahavk” raketi daşıyan Karni və Ross gəmiləri var. ABŞ Aralıq
dənizindəki digər döyüş gəmilərini də hücuma dəstək vermək üçün
qısa müddətdə Suriya sahillərinə yaxınlaşdıra bilər”, - deyə
Zaxarova bildirib.
Asif