"Konyaspor"la müqaviləsini ləvğ edən Eren Albayrak Yaponiya çempionatında oynayacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu Yaponiyanın "Jubilo İvata" klubuna transfer olunub. Yeni klubu ilə 2,5 illik müqavilə imzaladığını söyləyən türkiyəli futbolçu, transferi haqqında da danışıb.

"Əvvəl menecerimlə görüşmüşdülər. Yaponiyada oynamaq variantı məni çox həyəcanlandırdı. Ailəm və təcrübəsinə güvəndiyim insanlarla danışdım. Karyeram üçün faydalı qərar verdik. Yaponiya çempionatında mövsümün ikinci yarısı davam edir, mövsümün sonuna 10 oyun qalıb. Ondan sonra iki ilim də var".

Eren Albayrak İlhan Mansızdan sonra Yaponiya çempionatında oynayacaq ilk türk futbolçudur. Hazırda Yaponiya çempionatında Andres İnyesta, Fernando Torres, Lukas Podolski kimi ulduzlar çıxış edir.

Milli.Az