"Neftçi"nin ev oyunlarını keçirdiyi 8-ci km stadionunda təmir işləri yekunlaşdırılıb. Ot örtüyü dəyişdirilən arenada proses yekunlaşıb.
Milli.Az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Bildirilir ki, sözügedən stadion artıq oyunları qəbul etməyə hazırdı.
"Neftçi" Topaz Premyer Liqasında növbəti ev görüşlərini məhz bu arenada keçirəcək. Komanda bu mövsüm ilk ev oyununu "Dalğa Arena"da keçirib.
Milli.Az