Çempionlar Liqasının pley-off mərhələsində dünən keçirilən üç cavab matçından sonra UEFA reytinqi açıqlanıb.

Milli.Az xəbər verir ki, qeydə alınan nəticələr Azərbaycanın mövqeyinə təsir etməyib. 18.250 xalı olan ölkəmiz 26-cı sırada qərarlaşıb.

Azərbaycandan 1 pillə irəlidə olan İsrailin 18.375 xalı var. 27-ci sıranın sahibi Qazaxıstan isə 17.500 xala sahibdi.

Milli.Az