Portuqaliyanın "Sportinq" klubundan ayrılan Seydu Dumbiya yeni mövsümdən İspaniyanın "Jirona" klubunda oynayacaq. Milli.Az Trend-ə istinadən bildirir ki, futbolçu yeni klubu ilə 3 illik müqavilə imzalayıb.

30 yaşlı futbolçunun təqdimat mərasimi bu gün baş tutacaq.

Xatırladaq ki, ötən mövsüm Dumbiya "Sportinq"in heyətində 29 oyuna 8 qol vurub və 2 məhsuldar ötürmə verib.

Milli.Az