Qazaxıstanda təşkil olunmuş "Prezident kuboku" turnirinə yekun vurulub.
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması final qarşılaşmasında Krasnodar Futbol Akademiyasının U-17 komandası ilə qarşılaşıb. Oyunun vaxtı 0:0 hesabı ilə başa çatıb.
Penalti seriyasında zərbələri daha dəqiq yerinə yetirən rəqib turnirin qalibi olub.
Milli.Az