U-21 millimizin üzvü Ziya Əzizov Hollandiyanın "Den Boş" klubundan ayrılıb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi Hollandiyanın digər klubu NEK-ə keçib. Bu barədə Hollandiya mətbuatı məlumat yayıb. Onun müqaviləsinin şərtləri barədə bilgi verilməyib.

Qeyd edək ki, Əzizov "Den Boş"un yetirməsidir.

Milli.Az