PAOK baş məşqçisi Razvan Luçesku ilə müqaviləni yeniləyib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssisin yeni sözləşməsi 2020-ci ilin yayına kimidir.
Qeyd edək ki, Mirça Luçeskunun oğlu olan Razvan 2017-ci ildən PAOK-u çalışdırır. Onun rəhbərliyi altında komanda ölkə çempionatında ikinci yeri tutub və ölkə kubokuna sahib çıxıb.
Cari mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində "Spartak"ı mübarizədən kənarlaşdıran PAOK pley-off-un ilk matçında səfərdə "Benfika" ilə bərabərə qalıb - 1:1.
Milli.Az