UEFA-nın İntizam Komitəsi Rusiyanın "Spartak" klubunun futbolçusu Luis Adrianonu üç oyunluq diskvalifikasiya edib.

Milli.Az "report"-a istinadən bildirir ki, buna braziliyalı hücumçunun Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda kobud davranışı səbəb olub.

O, avqustun 14-də Moskvada Yunanıstan PAOK-na qarşı baş tutan görüşün 33-cü dəqiqəsində rəqib futbolçuya dirsəklə zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alıb.

Beləliklə, L.Adriano "Spartak"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi 6 oyundan üçünü buraxmalı olacaq.

Milli.Az