Portuqaliya Sequndasında III turun oyunları keçirilib.

Milli.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi "Eştoril" doğma meydanda "Leyksoeş"lə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Dadaşov matçın iştrakçısı olmayıb. Ötən oyunda qırmızı vərəqə alaraq meydandan qovulan millimizin forvardı bu dəfə məcburi istirahət etməli olub.

"Eştoril" 3 turdan sonra 6 xalla 18 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

Milli.Az