İngiltərə Çempionşipində çıxış edən "Brentford" klubu "G Saville and Son Ltd" dəfn agentliyi ilə tərəfdaşlıq müqaviləsi bağlayıb. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ritual şirkəti komandaya sponsorluq edəcək. Firmanın sahibi və meneceri Qrem Sevill "Brentford"un azarkeşidir. Kontoru 1875-ci ildə onun ulu babası təsis edib. Qrem və onun həyat yoldaşı Syu klubun idarə heyətinə keçiblər və dəfn direktorları olublar. 

Qeyd edək ki, hazırda İspaniyanın "Real" və İngiltərənin V Liqasında çıxış edən "Barnet" klubları da tematik dəfn xidmətləri göstərir. Almaniya "Şalke"sinin "Feltins Arena"nın yaxınlığında qəbiristanlığı var. Orada komandanın azarkeşləri dəfn olunub.

Milli.Az