Qazaxıstan çempionatında 24-cü turun oyunları keçirilib.

Milli.Az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Riçard Almeydanın formasını geyindiyi "Astana" doğma meydanda "Kızıljar"la qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 3:0.

Almeyda da görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və yenə sonadək oynayıb.

"Astana" 57 xalla 12 iştrakçı arasında vahid liderdi.

Milli.Az