ABŞ Prezidenti Donald Tramp ali dövlət vəzifəsində atdığı addımların 52% amerikalı tərəfindən dəstəklənildiyini bildirib.

Bunu Tramp özünün “Tvitter” səhifəsində yazıb.

“Respublika Partiyasında sevimli prezidentinizi 90, ölkə üzrə 52% dəstəkçisi var”, - deyə Tramp bildirib.

Tramp həmçinin qeyd edib ki, bu nəticəni o, “yalançı KİV-lərin” onu pis tərəfdən göstərmək cəhdlərinə baxmayaraq əldə edib (Teleqraf.com)