Futbol üzrə İtaliya yığma komandasının sabiq hücumçusu Pyerluici Kaziraqi yay mövsümündə "Real"dan (İspaniya) "Yuventus"a keçən Kriştianu Ronaldonun yeni komandadakı perspektivləri barədə fikirlərini bölüşüb.
Milli.Az Goal.az-a istinadən xəbər verir ki, keçmiş futbolçu Ronaldonun La Liqada olduğu kimi İtaliyada da 40 qol vuracağını düşünmədiyini deyib.
"İtaliya futbolu və bizim müdafiədəki oyunumuz İspaniyadakıdan fərqlənir. O bura qalib gəlmək üçün gəlib, lakin düşünmürəm ki, burada La Liqada olduğu kimi 40 top vuracaq", - deyə Kaziraqi bildirib.
Ronaldo 2009/10-cu illər mövsümündən başlayaraq hər mövsüm "Real"ın heyətində bütün turnirlərdə ən azı 40 qol vurub.
Milli.Az