"Neftçi" Topaz Premyer Liqasının 3-cü turunda qarşılaşacağı "Qarabağ" klubu ilə oyunun hazırlığını davam etdirir.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, "ağ-qaralar" "Türk Hava Yolları Futbol Mərkəzi"ndə məşqə çıxıb. Məşqdə Ruslan Abışovdan başqa bütün futbolçular iştirak ediblər. Müalicəsini başa vuran Soni Mustivar da komanda ilə birlikdə hazırlaşıb. Hazırlığa bu gün "Türk Hava Yolları Futbol Mərkəzi"ndə keçiriləcək oyunöncəsi son məşqlə yekun vurulacaq.

Xatırladaq ki, avqustun 26-da "Azərsun Arena"da keçirəcək "Qarabağ" - "Neftçi" oyunu saat 20:30-da başlanacaq.

Milli.Az