Əməkdar artist Nüşabə Ələsgərli Şəkiyə yollanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni gəzintidən fotolarını İnstaqram səhifəsində paylaşıb. Şəkillərdə Ələsgərlinin özündən yaşca kiçik olan həyat yoldaşı Rza bəy, aktyor Allahverdi Yolçuyev də yer alıb.

Müğənni bildirib ki, Şəkiyə getmələrinin səbəbi "Cümhuriyyətin 100 illiyi"nə həsr olunan tədbirdə çıxış etməkdir.

Milli.Az