“Mehriban Əliyeva həm Birinci Xanım, həm Heydər Əliyev Fondunun prezidenti, həm də millət vəkili kimi siyasi-ictimai fəaliyyəti ilə dövlət xadimi potensialının olduğunu təsdiqləyib”.
Bu sözləri Publika.az-a açıqlamasında Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov deyib.
Onun sözlərinə görə, bu missiyalarının hər birində Mehriban xanım böyük sevgi və sayğı qazanıb.
“Mehriban Əliyeva daha öncə Azərbaycanda Birinci Xanımlıq institutunu da uğurla yaradan şəxsdir. İnsanlar onu qayğı, mərhəmət simvolu kimi qəbul edirlər. Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə layiq görülməsi tamamilə qanunauyğun idi. Aradan keçən müddətdə Mehriban Əliyevanın Birinci vitse-prezident kimi keçirdiyi müşavirələr, təşkil etdiyi böyük tədbirlər onun həqiqətən də bacarıqlı bir dövlət adamı olduğunu sübuta yetirib. O, lazım olanda qətiyyətlə davranmağı, məmurların qarşısında konkret, sərrast tapşırıqlar qoymağı bacarır. Ümumiyyətlə, deməliyik ki, Mehriban Əliyeva istər siyasi, istərsə də ictimai fəallığına görə dünyadakı birinci xanımların arasında kəskin seçilir. Adətən, digər dövlətlərdə birinci xanımların fəaliyyəti bir neçə xeyriyyə fondu ilə əməkdaşlıqdan o yana keçmir. Azərbaycanın birinci xanımı isə öz bacarığı sayəsində siyasi-ictimai sferada özünü təsdiqləməyi, gerçək dövlət xadimi olduğunu sübuta yetirməyi bacarıb”.
Könül