Azərbaycanın "Zirə" və "Səbail" klubunun futbolçuları - Aleksandr Dedovla Yevgeni Koçuk Moldova millisinə dəvət alıblar.

Milli.Az report.az-a istinadən bildirir ki, 29 yaşlı hücumçu və 25 yaşlı yarımmüdafiəçi UEFA Millətlər Liqasının oyunları üçün ilkin heyətə daxil ediliblər.

Qeyd edək ki, Moldova sentyabrın 8-də səfərdə Lüksemburq, 3 gün sonra isə evdə Belarusla üz-üzə gələcək. 

Milli.Az