Milli.Az-a daxil olan məlumata görə, müğənni Cavid Hüseyn oğurluqla üzləşib. Belə ki, müğənninin övladının bahalı velosipedini oğurlayıblar. Bu haqda Milli.Az-a danışan müğənni işin polis nəzarətində olduğunu bildirib:
"Bu barədə hüquq mühafizə orqanlarına xəbər vermişəm. Təbii ki, onlar bu adamı tapıb cəzalandıracaqlar, sadəcə ola bilər ki, həmin adam velosipedi aparıb dəyərin-dəyməzinə satıb xərcləyəcək və itən əşyanın pulunu ödəyə bilməyəcək. Buna heç kim cavabdeh ola bilməz. Ona görə hamı diqqətli olub, hüquq-mühafizə orqanlarına dəstək olmalıdır" deyə müğənni bildirib.
Əli Novruzəliyev
Milli.Az