"Türkiyə ilə Rusiya arasında münasibətlər daha da zənginləşəcək"
Publika.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ilə görüşü zamanı səsləndirib.
O bildirib ki, iki ölkə arasında münasibətlərin yeni müstəviyə
daşınmasında heç bir maneə görmür: "Türkiyə ilə əlaqələrimiz həm
dərinləşir, həm də müxtəlif istiqamətlərdə yeni razılaşmaların əldə
olunmasına dair fikirlər müzakirə edilir. Regional və
iqtisadi-siyasi məsələlərdə iki ölkə arasındakı münasibətlər daha
da inkişaf edir".
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu gün Türkiyənin
xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi
Akar və MİT rəhbəri Hakan Fidanı qəbul edib.
Könül