Karyerasını ABŞ-ın "Di-Ci Yunayted" klubunda davam etdirən Ueyn Runi Kriştiano Ronaldonun "Yuventus"a transferi haqda fikirlərini bildirib.
Milli.Az komanda.az-a istinadla xəbər verir ki, Runi bu mövsüm Çempionlar Liqasını "Yuventus"un qazanacağını bildirib. O, Amerika mətbuatına açıqlamasında bunları deyib:
"Ronaldo 10 ildir nə edirsə, yeni eynisini edəcək. "Yuventus"un Ronaldonu transfer etdiyini nəzərə alsaq, bu il onlar ÇL-i qazanacaq. Ronaldo çox çalışır və edilən bütün təriflərə layiqdir".
Runi Ronaldo ilə birlikdə 2004-2009-cu illər aralığında "Mançester Yunayted"in formasını geyinib.
Milli.Az