Ağ Evin başçısı impiçment nəticəsində vəzifədən
kənarlaşdırılarsa, ABŞ-da üsyan baş verə bilər.
Publika.az xəbər verir ki, bu haqda ABŞ
prezidenti Donald Trampın vəkili, Nyu-Yorkun keçmiş meri Rudolf
Culiani “Sky News” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ-ın qüvvədə olan prezidenti dəyişmək
yalnız siyasi motivlər üzrə olar və bu halda Amerika xalqı üsyanı
təşkil edəcək.
Daha əvvəl isə Donald Tramp ona qarşı impiçment elan edəcəkləri
halda, maliyyə bazarlarının çökəcəyi barədə xəbərdarlıq etdi.
İki il əvvəl söz verilən MÜHARİBƏ – Həyatının yeganə səhvinin NƏTİCƏSİ OLACAQ
ABŞ KİV-lərinin yaydığı məlumata görə, dələduzluqda ittiham
olunan Trampın keçmiş vəkili Maykl Koen avqustun 21-də özü könüllü
Federal Təhqiqatlar Bürosuna (FTB) gedib. Bu, Koenin vəkilləri ilə
prokurorlar arasında əldə edilmiş sövdələşmə çərçivəsində baş
tutub. Sövdələşmə Koenin vergilərdən yayınması, Trampın seçkiqabağı
kampaniyasının maliyyələşdirilməsi ilə bağlı qanunsuzluqlar, habelə
bank sferasında maxinasiyalar barədə ittihamlara aiddir.
Çərşənbə axşamı Trampın keçmiş vəkili Maykl Koen Nyu-York
məhkəməsində ifadə verib. Onun sözlərinə görə, milyarderin şəxsi
göstərişi ilə prezidentin seçkiqabağı fondu onun keçmiş məşuqələri
– Stefani Klifford və playboy modeli Karen Maqduqala nüfuzuna xələl
gətirilməməsi üçün pul ödəyib. Tramp Melaniya ilə evli olduğu halda
həmin qadınlarla intim münasibətlərdə olduğu bildirilir.
“Əgər bu qadınlara pul ödəmək Makyl Koen üçün cinayətdirsə o
zaman nəyə görə Donald Tramp üçün də cinayət sayılmasın?”- Koenin
vəkili məhkəmədə sual edib.
CNN bildirir ki, Koen məhkəmədə birbaşa Trampın adını çəməyib,
amma məhkəmə sənədlərində prezidentin adı “Şəxs-1” kimi keçir.
Əvvəlcə Tramp iddia edirdi ki, bu ödəmələr haqqında məlumatı
yoxdur. Ancaq daha sonra KİV audioyazını dərc edib. Audioyazıya
görə, o, ən azı bir ödəmə barədə xəbərdar idi.
Koenin həbs edildiyi gün Virciniya məhkəməsi onun seçki
qərargahının rəhbəri olmuş Pol Manafortu 18 ittihamdan 8-i üzrə
təqsirli bilib. Bura vergilərdən yayınma, maliyyə maxinasiyaları,
xaricdə gizli bank hesabı açmaq ittihamları da daxildir. Manafort
hazırda həbsdədir və onu uzunmüddətli cəza gözləyir.
Tramp Koeni istintaqla sazişi bağlamaq məqsədi ilə qanunları
pozmaqda və yalan danışmaqda ittiham edib. O həmçinin bildirdi ki,
Manaforta təzyiq göstərilmişdi.