Çinin Ticarət Nazirliyi 16 milyard dollar dəyərindəki ABŞ məhsullarına tətbiq edilən vergiləri 25 faiz artırıb.

Publika.az xarici mediaya istinadən verdiyi xəbərə görə, nazirlikdən verilən açıqlamada ABŞ-ın bu gündən Çin mallarına tətbiq etdiyi vergini 25 faiz artırması qərarından sonra belə ABŞ məhsullarına qarşı vergini artırmaq qərarı qəbul etdiklərini deyilir.

Açıqlamada ABŞ-ın qərarından sonra başqa seçimlərinin qalmadığını bildirib.

Nazirlik yeni qərarın bu gündən qüvvəyə minəcəyini açıqlayıb.

Gülxar