İstanbulun Hadımköy rayonunda fabrikdə partlayış baş verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə yuyucu toz istehsal edən fabrikdə baş verib. Fabrikin turşu qazanı partlayıb.

Hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilir. Fabrik əməkdaşları təxliyə edilib. Ətrafdakı evlərin sakinlərinə ayranlar paylanılır. Yanğınsöndürənlər və xilasedicilər hadisə yerindədir.

Faktla bağlı araşdırma aparılır.

Gülxar