Belçikanın şərqində Plomber kommunasında bıçaqla hücum olub.
Publika.az “RİA-Novosti”agentliyinə istinadən xəbər verir ki, kommunanın rəsmi nümayəndəsi Tyerri Vimmer ilkin məlumatlara görə, bir neçə nəfərin hücumun qurbanı olduğunu bildirib.
Onun sözlərinə görə, hadisənin terrorizmlə əlaqəsi yoxdur. Cinayətkar zərərsizləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.