NATO Rusiya prezidenti Vladimir Putinin bəyanatına cavab verib.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, NATO-nun rəsmi nümayəndəsi Oanu Lunqesku Şərqi Avropada alyansın hərbi hərəkətlərini beynəlxalq öhdəliklərə uyğun adlandırıb.

“NATO ittifaqın şərq hissəsində mümkün təcavüzü saxlamaq üçün 4 min nəfərlik hərbi kontingent yerləşdirib. Bu hərbi kontingent Rusiya tərəfindən yerləşdirilmiş güclərə bərabər deyil”, - o əlavə edib.

İttifaqın nümayəndəsi həmçinin bildirib ki, NATO Rusiya ilə birgə uçuşların müzakirəsindən imtina etmir.

Daha əvvəl Rusiya lideri Finlandiya prezidenti Sauli Niinistö ilə danışıqlardan sonra mətbuat konfransında bildirib ki, NATO Rusiyanın sərhədlərinə yaxın texnika və şəxsi heyətin sayını artırır. O həmçinin qeyd edib ki, Rusiya ittifaqla döyüş təyyarələrinin uçuşlarını müzakirə etməyə hazırdır.