"Beşiktaş" komandadan ayrılan Anderson Taliskanın boşluğunu Dortmund "Borussiya"sının futbolçusu ilə doldurmağa hazırlaşır.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "qara qartallar" Dortmund təmsilçisinin yaponiyalı futbolçusu Şindzi Kaqavanı icarəyə götürmək istəyir. "Beşiktaş" Almaniya klubu ilə razılığa gəlsə də, futbolçunun illik 4 milyon avro məvacib istəyində razılaşa bilmir. Kaqava ilə məvacib məsələsində razılıq əldə olunarsa, transfer yaxın günlərdə gerçəkləşəcək.

Ötən mövsüm "Borussiya"nın heyətində 26 oyunda iştirak edən yapon futbolçu, 6 qol və 7 məhsuldar ötürmə müəllifi olub.

Kaqava 2014-cü ildən "Borussiya"da çıxış edir.

Milli.Az