Avropa Liqasının pley-off mərhələsində "Şerif"lə qarşılaşacaq "Qarabağ" dünən Moldovaya yollanıb.

Milli.Az Qafqazinfo-ya istinadən bildirir ki, Ağdam təmsilçisi Bakı-Kişinyov reysi ilə səfərə çıxıb.

Bu gün "Şerif" stadionunda "Qarabağ"ın oyunöncəsi son məşqi olacaq.

Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Şerif" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Milli.Az