İtaliya milli komandasının futbolçusu Mario Balotelli Fransanın "Nitsa" komandasında daha bir mövsüm qalmağı qərara alıb.
Milli.Az Report-a istinadən bildirir ki, 28 yaşlı hücumçu uzun müddət düşündükdən sonra istəyini rəhbərliyə çatdırıb. Nəticədə onunla yeni müqavilə bağlanılıb. Balotelli Fransa Liqa 1-də IV turun "Lion"la səfər oyununda meydana çıxa bilər.
Qalmaqallı forvardın qərarının gecikməsinə səbəb "Marsel" klubunun da onunla maraqlanması olub. Lakin məsələ həllini tapmayıb.
Qeyd edək ki, Mario Balotelli "Nitsa"ya 2016-cı ilin yayında İngiltərə "Liverpul"undan keçib.
Milli.Az