Müğənni Talıb Tale "Xəzər TV"də aparıcı Tarix Əliyevin təqdimatında yayımlanan "Hər şey daxil" verilişinin qonağı olub. 

Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, verilişdə aparıcı müğənniyə yeni film çəkməsi barədə sual verib. 

Talıb Tolikin sualını belə cavablandırıb:

"Bəli, film çəkməyi planlaşdırıram. Bu ssenarini ancaq öz bildiyim kimi çəkməliyəm. Çətinlik çəkdiyim məsələ isə xanım tərəf müqabili ilə uşaqlığımı canlandıra biləcək şəxsi tapmaqdır. Bu yaxınlarda kastinq elan edəcəyik". 

Milli.Az