Azərbaycanlı məşhur aktrisa Nəsrin Cavadzadə sevgilisi Əlixan ilə birlikdə Aralıq dənizi sahillərində yayın dadını çıxarır.
Milli.Az xəbər verir ki, Avropa turuna Yunanıstanın paytaxtında başlayan cazibədar aktrisa şəhəri küçə-küçə gəzib.
Daha sonra gəmi ilə Kikladhes adasına, İtaliyanın Salerno bölgəsindəki Amalfiyə gedib. Bir sonrakı dayanacağı isə Napoli olub.
Buradan təyyarə ilə Parisə gedən aktrisa Avropa turunu Fransada tamamlayıb. (publika.az)
Milli.Az