Taliban terror qruplaşması Əfqanıstan hökumətinin “Qurban bayramı atəşkəsi” çağırışından sonra Qunduz şəhərində 3 sərnişin avtobusunu saxladaraq 100-dən çox dinc sakini əsir götürüb.

Publika.az xəbər verir ki, Qunduz bələdiyyəsinin nümayəndəsi Əstamollah Muradi sərnişinlərin aparıldığı yerin məlum olmadığını bildirib.

Əfqan mediası isə əsirlərin sayının 170-dən çox olduğunu iddia edib.

Qeyd edək ki, Əfqanıstan lideri Əşrəf Qani ötən həftənin bazar ertəsindən etibarən Talibana atəşkəs çağırışı etmiş, lakin qruplaşma bunu cavabsız qoymuşdu.

Zümrüd