Qustavo Poyeti "sükan arxasından" kənarlaşdıran "Bordo" klubu yoluna Tyerri Anri ilə davam etmək istəyir.

Milli.Az komanda.az-a istinadən bildirir ki,  Fransa Liqa 1-in ilk turunda öz meydanında "Strasburq"a uduzan (0:2) "Bordo" baş məşqçi Qustavo Poyeti vəzifəsindən kənarlaşdırıb. Fransa mətbuatı isə "Bordo"nun məşhur sabiq hücumçu Anrini baş məşqçi postuna gətirmək istədiyini yazıb.

Fransa yığmasının keçmiş hücumçusu olan Anri 2016-cı ildən bəri Belçika millisində baş məşqçi Roberto Martinesin köməkçisi kimi çalışır.

Poyet "Bordo"nu 2018-ci ilin yanvar ayından çalışdırırdı. Komanda onun rəhbərliyi altında geridə qalan mövsümdə 55 xalla 6-cı yeri tutmuşdu.

Milli.Az