UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ"ın Moldova "Şerif"i ilə qarşılaşmasını idarə edəcək hakimlər bəlli olub.
Milli.Az oxu.az-a istinadən bildirir ki, görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Harald Lexner olacaq.
Ona Andreas Haydenrayx, Maksimilian Kolbiç, Yulian Vaynberqer kömək edəcək. Ukraynalı Vladimir Petrov hakim-inspektor, finlandiyalı Teyvo Holapaynen UEFA nümayəndəsi kimi bu matça təyinat alıb.
Qeyd edək ki, bu görüş avqustun 23-də, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Milli.Az