"Bizim üçün üzücü məğlubiyyət oldu. "Neftçi" kobud səhvlərimizdən yararlandı. İkinci hissə bir qədər fərqli alındı. Yetərincə qol imkanımız oldu. İki kobud səhvdən qapımıza qol vurdular".
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqanın 2-ci turunda "Neftçi"yə uduzduqları oyundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib.
- Ötən oyundan sonra nəyisə dəyişiklik etməyi düşündünüz?
- Bu gün əlimizdə olan futbolçulardan maksimum dərəcədə istifadə etdik.
- Düşünmürsüz ki, Monroz hələ hazır deyil?
- Monroz zədəli idi. Məşqsizdi, amma bu gün hücumçu kimi özünü göstərdi.
- Elvini qolda səhvi olduğu üçün əvəzlədiniz, yoxsa taktiki gediş idi?
- Xeyr, taktiki gediş idi. Hücumçu lazım idi, onun yerinə hücumçu buraxdıq.
- Mərkəz müdafiəçiləri səhvlər edirdilər, həyəcanlı idilər. Növbəti oyunlarda bu mövqedə dəyişiklik etməyi düşünürsünüz?
- Bəli, səhvlər var idi. Amma bir oyuna görə qərar vermək doğru deyil. Bu səhvləri analiz edib, təkrarlamamalarını söyləyəcəm.
Milli.Az